Xəbərlər

Tanınmış şair Hacı Ələmdar Mahir dünyasını dəyişdi

Azərbaycanın görkəmli qəzəlxan-şairi, Füzulişünas-alim, tədqiqatçı Hacı Ələmdar Mahir vəfat edib.

Bu gün Azərbaycanın böyük qəzəlxan-şairi, Füzulişünas-alim, tədqiqatçı, Hacı Ələmdar Mahir uzun sürən xəstəlikdən sonra vəfat edib.
Ələmdar Əbdülrəhim oğlu Quliyev 1950-ci il may ayının 26-da Bakının Nardaran kəndində dindar bir ailədə gözünü dünyaya açmış, burada boya-başa çatmışdır.
“Səhər” telekanalı mərhum şairin ailəsinə, yaxınlarına, dostlarına və Azərbaycan xalqına hüznlə başsağlığı verir./nardaranpiri.com/

Saqi, insaf elə, ver badəni batdım getdim,
Tərpədə ta məni cingiltisi, yatdım getdim.
**********************************

Məni aludə edibdir bu xəta girdabı,
Saf gəlib aləmə, səd heyf ki,batdım getdim.
***********************************

Demə meyxanəyə getmə,gedəcək imanım,
Mən gedəndə ora imanımı atdım getdim.
***********************************

Qaşların vəsfinə ey xosrovi-xuban,sözdən
Taqi-Kəsra kimi bir möcüzə çatdım getdim.
************************************

Gəlməz idim bu fəna mülkünə,gəldim zahid,
Kimisə bəlkə cəhalətdən oyatdım getdim.
************************************

Keçmişəm çox belə aləmləri, bir gün bunu da,
Bir də gördüz ki,dəyər-dəyməzə satdım getdim.
***************************************

Mahir ölsəm də qəmim yox, dolanıb boş-boşuna.
Sürmədim ömrü hədər, nəysə yaratdım getdim.
***************************************

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button