ArxivIslamXəbər lentiXəbərlər
Tatarıstanda məsciddə fasiləsiz Quran oxunacaq

Tatarıstanın tanınmış Kül Şərif məscidində 24 saat Quran oxunacaq
Maide.az-ın məlumatına görə, 2014-cü il dekabrın 15-i Tatarstan müftisi Kamil Samiqullin Kazan şəhərində respublikanın hafizi-quranları ilə görüşü keçirib.
Görüş zamanı Kül Şərif məscidində fasiləsiz Quranın oxunması məsələsi müzakirə olunub. “Bunun üçün məscidin birinci mərətəbəsində xüsusi yer hazırlanıb və Quran oxunuşu internet vasitəsi ilə 24 saat canlı yayımlanacaq.”
Kamil bildirib ki, Quranın fasiləsiz oxunuşu bu ölkədə ilk dəfədir və Tatarstan üçün çox əhəmiyyətli məsələdir.
O, qeyd edib ki, bu addım tatarstanlılara Allahın bərəkət və rəhmətini göndərəcək.//