Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei iraqlı gənclərə məktub ünvanlayıb. Qafqaz.ir "tasnimnews"-a istinadla xəbər verir ki, Ali Rəhbərin məktubunda bildirilir: "Əziz İraqlı gənclərə. Mən sizi çox sevirəm və sizin üçün dua edirəm. Allah-Taaldan istəyirəm ki, sizə qələbə nəsib etsin, dünya və axirət səadətini əldə etməkdə tofiq versin və düz yolda sizi sabitqədəm etsin. Mən sizə, İraq üçün parlaq gələcək müjdəsini verirəm. Bu gələcək sizin əlləriniz və yüksək iradənizlə qurulacaq. Allahdan başqa güc və qüdrət yoxdur." Seyid Əli Xamanei