Bu gün İmam Əlinin(ə) mövlud günüdür

Bu gün çərşənbə axşamı, Rəcəb ayının 13-ü və Aprel ayının 11-i, şiələrin birinci imamı həzrət Əlinin(ə) mövlud günüdür.
Həzrət Əli ibn Əbutalib(ə) Rəcəb ayının 13-də Kəbə evində dünyaya göz açır. Hələ yeniyetmə olduğu dövürdən İslam peyğəmbəri həzrət Məhəmməd Mustafanın(s.ə.s) yanında tərbiyə alır.
O həzrət İslam dininə iman gətirən ilk kişi sayılır. İslam dininin təbliğ edilməsi yolunda da daim həzrət Məhəmməd Mustafanın(s.ə.s) kənarında olaraq, o həzrətin ən böyük köməkçisinə çevrilir.
İran təqvimində İmam Əlinin(ə) mövlud günü “Ata Günü” olaraq qeyd olunur.
İran İslam Respublikasının Teleradio Təşkilatı olaraq, İmam Əlinin(ə) mövlud günü münasibəti ilə dünya müsəlmanları və azadə insanlarını təbrik edirik.