ArxivXəbər lentiXəbərlər

Məhəmmədəli Axundzadəyə məktub: “Zülmə qarşı olan hər kəs Sizinlə fəxr edir…”-ZİNDANNAMƏ

Əziz oxucularımız, on iki ayın sultanı olan Ramazan ayının gəlişi münasibət ilə hamınızı təbrik edirik. Allah ibadətlərinizi və dualarınızı qəbul etsin.

Müqəddəs Ramazan ayının ilk günündən vetenugrunda.az saytı “Zindana məktub…” layihəsinə başlayıb.

Bu gün zindanlarda yüzlərlə günahsız insanımız olmayan suçunun cəzasını çox ağır şəkildə çəkir.

Sizlərin bu müqəddəs ayda onlara ürək sözlərinizi, fikirlərinizi ifadə edən məktublarınızı çatdırmağı özümüzə borc bildik. Siz zindanlarda məhkumluq həyatı yaşayan, isti yuvasından, doğma od-ocağından, əzizlərindən ayrı düşən məhbuslarımıza məktub yazın. Məktublarınız vetenugrunda.az saytında yayımlanacaq.

Layihə Ramazan ayı boyunca davam edəcək və eyni zamanda bütün məktublar “Zindannamə” adlı kitabda işıq üzü görəcək.

Məktublarınızı vetenugrunda.az2018@gmail.com ünvanına və facebook səhifəmizə (Vətən Uğrunda İctimai-Siyasi Qəzet) göndərə bilərsiniz.

Layihəmizə qoşulan hər kəsə təşəkkürümüzü çatdırırq.

Oxuculara təqim edəcəyimiz növbəti məktubu bizə İlahə Axudzadə göndərib. O, məktubu şərlənərək həbs edilən həyat yoldaşı Məhəmmədəli Axundzadəyə ünvanlayıb.

“Zülmə qarşı olan hər kəs Sizinlə fəxr edir…”

“Bağışlayan və mehriban Allahın adı ilə

Əssəlamun Əleykum və Rahmətullahir və Bərakətuh

İlk növbədə bu əziz ayda Allahın izni ilə bu layihəni təşkil edən və əziyyəti olan hər kəsə öz dərin minnətdarlığımı bildirirəm.

Fürsətdən istifadə edib bu mübarək Ramazan ayı münasibəti ilə xalqımı təbrik edir, oruc və ibadətlərinizin uca Rəbbimiz tərəfindən qəbul olunmasını diləyirəm İn şə Allah.

Bu gözəl ayda ürək sözlərimizi həm fəxrimiz olan yaxınlarımıza və həm də cəmiyyətə çatdırmağımıza imkan yardanlar var olsun.

Əvvəlcə nəzərinizə çatdirmaq istəyirəmki, Axundzadə Rufulla oğlu Muhəmmədəli 2016-cı il 20 iyunda günahsiz yerə şərlənərək azadlıqdan məhrum edilib. Həmin gün Ramazan ayının 13 idi. Bu mübarək ayı nəzərə almadan onu ailəsinə və əzizlərinə həsrət qoydular. Artıq 3-cü Ramazandır ki, onsuz keçir. Bu gün Ramazan ayının 13-dür və mən bu “Zindana məktub” layihəsi vasitəsi ilə qəlbimdəki sözləri yazıb dəyərlimə və sizlərə çatdırıram.

Yenə də Ramazan ayı, Rəhmət dolu ay gəldi əzizim. Düzdür, çox ağırdır sənsizlik, sənin o ibadətlə keçirdiyin gecələr və yalnız qədr gecələri deyil, 1 ay boyu əhya saxladığın günlər üçün çox darıxıram. 3 -cü Ramazan ayıdır ki, sənsiz keçir. Cismən zindanda olsan da hər an yaxınımdasan. Allahımız bizə şah damarımızdan da yaxın olması kimi səndə mənə Allahın bəxş etdiyi qəlbsən. Odur ki, ürəyimin döyüntülərini hər dəfə hiss edəndə, o an səsin qulağımda və o məna dolu baxışların gözümün önündə canlanır. Məni tək qoymadığını və hər zaman qəlbimdə döyünən ürəyimin sən olduğunu bilirəm. Düzdür, çətindir sənsizlik. Bir xanımın gözləri önündə yoldaşına edilən əziyyətlər və köməyinə yetə bilməməsi çox ağırdır.

Səni amansızcasına aparmaları gözlərimin önündən getmir. Hər gün o amansız mənzərəni xatırlayıram və hər dəfə yenidən yaşayıram o dəhşətli günü. Bir balamız da o müdhiş günün qurbanı oldu. Səni aparanda keçirdiyim stress hələ dünyaya göz açmamış Sarallah balamızın ürəyini yaraladı. O, doğuldu, amma ürək çatışmazlığından dünyadan köçdü.

Biz günahsız Sarallah balamızı imam Hüseynə (e.s) qurban verdik, bizdən qəbul eyləsin in şə Allah.

İnanıram ki, bir gün o günahsız balaların ahı zalımları tutacaq.

Sarallah evimizə basqın edən zalımların zülümüə dözmədi, dünyaya gəlsə də ürəyinə vurulan zərbədən dünyadan getdi. Evimizə basqın edilən o dəhşətli anları yaşyarımlıq övladımız da izləyirdi. Nələrin baş verdiyini duyurdu sanki: Ata, ata -deyib qışqırırdı.

Allah heç vaxt bu zülmü yerdə qoymayacaq. Oğlumuz hər dəfə “atamı istəyirəm, ata niyə gəlmədi” soruşanda gözlərim dolur, amma yenə də səbr edib atası ilə fəxr etməsini və tezliklə ona qovuşacağını deyirəm, sakitləşir.

Biz Müqəddəs Qum şəhərinə ziyarətə gəlmişik. Balamız xanım Fatimeyi Məsumədən səni istəməyə gəlib. Kçik əllərini yuxarı qaldırıb “Ya Allah, atamı mənə qovuşdur” deyə yalvarır.

Sənsizlik çox çətindir. Amma zindana Haqq sevdiyin üçün düşdüyünü düşündükcə ürəyim rahatlıq tapır və buna görə başımız ucadır. Bir xanımın yoldaşının əməllərindən fərəhlənməsi çox böyük səadətdir.

Rəbbimizə hər zaman şükür edirəm. Çünki Allahın nəzəri sevdiyi bəndələr üzərindədir, Allah sevdiyi bəndələri sevdikləri ilə sınağa çəkir. Necə ki, Züleyxanı Həzrəti Yusiflə, İmam Hüseyinİ (ə.s) Kərbəlada balaları və Xanım Zeynəbi qardaşları ilə sınağa çəkdi. Məni də səninlə sınağa çəkir.

Bu imtahandır və uğurla, başı uca çıxmağımıza Rəbbimiz kömək olsun.

Bizim üçün ən xeyirlisini Allah bilir. Təkcə sən deyil, bir tərəfdən atan Axundzadə Rufulla və digər tərəfdən şərlənib tutulan dindarlarımızın da övladları var. Əlbətdəki bu övladları atasız, ailələri başsız qoyanlar cəzalarına çatacaqlar.

O zalımlar sizləri Haqqı dediyinizə görə şərləyib zindana salır bununla qorxutmaq istəyirlər amma düşünmürlər ki, Allah yolunda olub, Allaha Pənah aparanları zindanla qorxuda bilməzlər.

Sizinlə yalniz biz ailələr deyil, zülmə qarşı olan hər kəs fəxr edir. Böyük oğlumuzun 4 yaşı olacaq və indidən nəyin günah və ya günah olmadığını az da olsa qavrayır.

Qurani-Kərimin Əl-Ənam sürəsi 31,120-ci ayələri və sair, sürələrində bilərəkdən günah edənləri böyük cəzanın gözlədiyi xəbər verilir. Sən bunları məndən yaxşı bilirsən əzizim. Amma yazmaqla deyil, gərək oxuyub, anlayıb əməl edəsən, düzdürmü?! Bunlara isə hər nə qədər deyilsə də, fərq etməz zalım zalımdır.

Ey zalımlar, sözüm sizlərədir: İmam Sadiq (ə.s) buyurub: “Dünya mömünə zindan, qəbr onun qalası və cənnət onun məkanıdır və eləcə də dünya kafirin cənnəti, qəbr onun zindanı və cəhənnəm onun məkanıdır.” Sizin onlara etdiyiniz zülm zindandirsa sizə edilən Allah tərəfindən zülm isə əbədi cəhənnəmdir.

Sizin etdikləriniz Allahdan gizli deyil. Allah hər şeyi görən, bilən, eşidəndir və hər şeydən xəbərdardır. O bütün yerin və göyün sahibidir. (Əənam suresi ayə 3,12,13,18,)

İmam Hüseyin (ə.s) ağamız Kərbəla hadisəsi zamanı buyurdu: Ey gözəl Rəbbim, bu zülmlərə sən şahidsən sənin önündə edilir deyə səbr edirəm. Mən də bütün haqsızlıqlara Allaha xatir dözürəm. Azadlığa çıxacağınız günün uzaqda olmadığına inanıram. Çunki inaniram ki, Rəbbimiz tezliklə haqqı bərqərar edəcəkdir. Amin Ya Rabbəl Aləmin.

Mən artıq iki aya yaxındır ki, maddi və fiziki çətinliklərlə bağlı səninlə görüşə bilmirəm, sənin bu Ramazan ayında nə yeyib, necə dolandığından xəbərsizəm. Həmçinin xəstə, yaşlı vaxtında günahszı yerə cəza çəkən qaynatamdan da nigaranam. Uşağın qayğılarını da layiqincə ödəyə bilmirəm. Bunları deməklə sənə dərd vermək istəmirəm, inanıram ki bu çətinliyin ömrü azalıb.

Əziz dəyərlim, sənə ürəyimdə toplanıb deyəcək sözlərim çoxdur, amma səni Allaha əmanət edir, insaflı insanların arayacağının ümidiylə sagollaşıram.

Sonda bu gözəl ay hörmətinə, mübarək Ramazan ayına xatir İmam SahibəzZaman(ə.f) ağamızın tezliklə zühurunu və zalım rejimin zülmünə son qoyulmasını sidq ürəklə Uca Rəbbimizdən diləyirəm. Bu Rəhmət dolu Ramazan ayı hörmətinə Rəbbimiz əllərimizi boş qaytarmasın in şə Allah Amin ya Rabbəl Aləmin!

İlahə Axundzadə

2018-29 may”.

YADDAŞ

Axundzadə Məhəmmədəli Rufulla oğlu 2015-ci il dekabrın 22-də Regional Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən heç bir sənəd təqdim etmədən məlum olmayan səbəbdən aparıldı və sonra şərlənərək Cinayət Məcəlləsinin 234.4.3- cü maddəsi ilə (istifadə miqdarından artıq narkotik maddə daşıma) ittiham olunaraq 30 iyun 2016- cı ildə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrum etdildi.

Qeyd edək ki, Məhəmmədəli Axundzadənin atası Azərbaycan İslam Partiyasının Astara rayon komitəsinin sədri Rufulla Axundzadə

2011-ci ilin yanvar ayında tutulub. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il 6 ay azadlıqdan məhrum edilib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button