ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər
Tehran İmam Rza(ə) sevərlərin böyük şənliyinə ev sahibliyi edib

Ləyaqət həftəsi və İmam Rza(ə)-ın mövlud günü münasibətilə Tehran əhalisinin şövqlü iştirakı ilə İmam Rza(ə) sevərlərin böyük şənliyi keçirilib.
İmam Rza(ə) sevərlərin iri şənliyi dünən axşam Tehranın yeddi tir və Vəliyyi Əsr meydanları arasındakı ərazidə Əhli-Beyt(ə) aşiqləri olan şəhər sakinlərinin möhtəşəm iştirakı ilə keçirilib.
Tehran bələdiyyəsinin tabeliyində olan təşkilatlar, idarələr və bölgələrin səhnələri, kompleksləri və çadırlarının qurulması ictimai və mədəni işlər müavinliyinin ahəngdarlığı ilə həyata keçirilib.
İmam Rza(ə) adı ilə təbərrük edilmiş və bəzədilmiş bayraqların quraşdırılması, mərasim elementlərinin nümayiş etdirilməsi, işıqlandırma, çıraqbanlıq və bəzək işləri/ mərasimin keçirildiyi marşrut boyu nəzərə çarpırdı.
Bazar ertəsi- mayın iyirmisi, İmam Rza(ə)-ın mübarək mövlud günüdür.