Xəbərlər

Milli Şurada nələr baş verir?

2003-cü ildən bəri İlham Əliyev hakimiyyəti dövründə hamını əmin etdi ki, o öz hakimiyyətini qorumaq üçün hər şeyə gedər .

qafqaz həqiqətləri- Milli Şura və ətrafında baş verən hadisələr barədə məlumatlar, xəbərlər, şərhlər, təhlillər ardı arası kəsilmədən mətbuatın gündəmindədir, bu da öz növbəsində normal haldır, çünki qarşıdan prezident seçkiləri gəlir.

Milli Şuranın sonuncu tədbiri Tiflisdə keçirilən toplantısı oldu, bu tədbirdən əvvəl söz gəzirdi ki, Rüstəm İbrahimbəyov yaxın zamanlardan Bakıya dönəcək, sonra tarix dəqiqləşdi və verilən açıqlamada ssenaristin iyulun 31-də Bakıya dönəcəyi bildirildi.

Sonra da deyildi ki, yox, Milli Şura Tiflisdə toplanacaq, Rüstəm İbrahimbəyov da ora gələcək, toplantının da adını qoydular Milli Şuranın tarixi 3-cü toplantısı.

Yəqin bilirsiniz ki, 1918-ci ildə də Məmməd Əmin Rəsulzadənin başçılıq etdiyi Milli Şura Tiflisdə toplanaraq Azərbaycan Demokratik Respublikasının təsis olunmasını bəyan etdilər.

Tarixdə ikinci Milli Şura süverenlik aktını qəbul edib bu da 3-cü Milli Şuradır. Belə bir yanaşmanı Milli Şura üzvləri ictimaiyyətə təqdim edir, məncə bu Eldar Namazov və ya Şuranın başqa üzvlərinin şəxsi fantaziyasının məhsuludur, çünki onlar iddia edir ki, əvvəlki Milli Şura bizə istiqlaliyyət gətirdi, bu dəfəki isə demokratiya, bu inandırıcı məsələ deyil, çünki demokratiyanı xalq özü qazanmalıdır, ya da tarixdə çox nadir hallar olur ki, xarici dövlətlər başqa xalqa demokratiya bəxş edir.

Eldar Namazov verdiyi müsahibədə təkcə Milli Şuranın Tiflisdə toplanmasının bir əlamətdar hal, tarixi toplantı olduğunu deməyib, o həm də bunu dedi ki, toplantı üçün Tiflisin seçilməsi də təsadüfi deyil, burda bir ənənə artıq formalaşıb, Azərbaycanla bağlı önəmli qərarlar Tiflisdə verilir.

Eldar Namazovla razılaşmaq olmur, çünki bu dəfə Milli Şuranın iddiası hakimiyyətə gəlməkdir, Milli Şuranın rəqib oduğu adam prezident İlham Əliyevdir, onun bütün dünya dövlətlərindən dəstəyi var, bəlkə də dünyada elə bir dövlət yoxdur ki, İlham Əliyevi prezident kürsüsündə görmək istəməsin. Bu xarici təsir amili, daxildə isə İlham Əliyevdən xalq nə qədər narazı olsalar da nə seçkiyə gedəcək, nə də saxtalaşdırılmış seçki ilə bağlı öz təpkisini göstərəcək.

Bu hələ hamısı deyil, 2003-cü ildən bəri İlham Əliyev hakimiyyəti dövründə hamını əmin etdi ki, o öz hakimiyyətini qorumaq üçün hər şeyə gedər, bütün xarici dövlətlərin rəhbərlərini də pulla satın alır, bu yazdıqlarımı mənim şəxsi fikirlərim Bu hələ hamısı deyil, 2003-cü ildən bəri İlham Əliyev hakimiyyəti dövründə hamını əmin etdi ki, o öz hakimiyyətini qorumaq üçün hər şeyə gedər, bütün xarici dövlətlərin rəhbərlərini də pulla satın alır, bu yazdıqlarımı mənim şəxsi fikirlərim deyil, bunlar xalqın ümumi rəyidir, yəni siz küçəyə çıxıb səmimi olaraq azərbaycanlılarla danışsanız onlar sizə bu yazılanları eynilə təkrar edəcəklər.

Belə bir şəraitdə Milli Şura təmsilçiləri iddia edirlər ki, onlar seçkidə qalib gələcəklər. Tiflisdəki toplantı qapalı keçdi, jurnalistlər toplantı keçən otelin dəhlizlərində gözləməli oldular, mətbuat nümayəndələri gözləyirdilər ki, toplantıdan sonra Şura təmsilçiləri konkret və maraqlı açıqlamalar verəcək, Rüstəm İbrahimbəyov isə Bakıya dönəcək, belə olmadı.

Şura üzvlərinin ümumi şeylər danışmaqdan başqa verdikləri ciddi bir açıqlama olmadı, bircə onu bildirdilər ki, vahid namizəddən başqa alternativ namizəd mövzüsunu müzakirə belə etmədilər.

Rüstəm İbrahimbəyov müsahibəsində isə maraqlı bir məsələyə toxundu, ancaq nə qədər qəribə olsa da bu məqamı bütün Azərbaycan jurnalistləri diqqətdən yayındırıb. Yox, söhbət onun Rusiya vətəndaşlığına xitam verilməsi ilə bağlı dedikləri deyil, zatən hər kəs bilir ki, bu işin öz prosedurları var, qanunvericiliyə görə də prosedurlar yerinə yütirildikdən sonra gec də olsa Rüstəm müəllimin Rusiya vətəndaşlığına son veriləcək.

Maraqlı məqamsa budur ki, Rüstəm İbrahimbəyov müsahibəsində Gürcüstana gəlməsinin əsl səbəbini açıqlayaraq dedi ki, onun burda öz işi var, gürcü həmkarları ilə birgə film çəkir, bu səbəbdən Tiflisə gəlib. Elə Gürcüstana gəlmişkən də Milli Şuranın toplantısını keçirib, bir güllə ilə iki dövşan məsələsi.

Belə çıxır ki, film çəkilişi olmasaydı Milli Şura sədrinin Tiflisə gələcəyi yox idi, ya da Şuranın toplantısını ssenaristin olduğu Moskva şəhərində keçirərdi. Hakimiyyətdə təmsil olunanlar da Milli Şuraya münasibətdə özlərini çox isterik aparırlar, bir yandan iddia edirlər ki, Milli Şuranın sosial bazası və beynəlxalq dəstəyi yoxdur, digər yandan iddia da müxalifətin bir dəfə də olsun düz əməlli kütləvi tədbirinə imkan vermirlər.

Mən o fikirlə də razı deyiləm ki, hakimiyyət Rüstəm İbrahimbəyovun Rusiyadan dəstək almasından ehtiyatlanır, çünki Rusiyanın İlham Əliyevə verdiyi dəstək qədər heç kimə dəstək vermir, bəlkə də bu onun heç maraqlarına da cavab vermir. Bununla belə Milli Şura hələ də müxaliftin bir təşkilatı kimi yaşayır, bu gün üçün hələlik yeganə əldə olunan uğur da elə müxalifətin birliyidir.

islamtimes.org/az/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button