ArxivXəbər lentiXəbərlər

Tehranda Xəzərdə təhlükəsiz gəmiçiliyin təmin edilməsinə dair sammit keçiriləcək

İranın Liman və Yükdaşıma Təşkilatının rəhbəri Əli Əkbər Marzban bildirib ki, təhlükəsiz gəmiçiliyin təmin edilməsi üçün dənizdə axtarış və xilasetmə mexanizminin effektivliyinin artırılması, gəmilərə nəzarət üçün hüquqi imkanlardan istifadə edilməsi sammitin gündəliyinə daxil ediləcək: “Dənizdə qəzalar və regional əməkdaşlığın həyata keçirilməsi məsələlərinə son iki ildə çoxtərəfli razılaşma formatında baxılıb. Tehranda növbəti görüşün keçirilməsi və Xəzəryanı dövlətlərin qarşılıqlı anlaşma ilə bağlı Memorandumunun imzalanması planlaşdırılır”.

Qeyd edək ki, Xəzərdə təhlükəsiz gəmiçiliyin təmin edilməsi ilə bağlı bundan öncəki sammit Aşqabadda keçirilib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button