Tehranın cinayət məhkəməsinin sədri hakim Məhəmməd Şəhriyari bu gün Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə qarşı silahlı hücum barədə açıqlama verib
“ İlkin təhqiqatlar göstərir ki, hücumçu şəxs şəxsi məqsədlərlə səfirliyə hücum edib.”
“İlkin istintaq zamanı müttəhim iddia edib ki, bu il fərvərdin ayında( 2022-ci il aprel) onun həyat yoldaşı Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə müraciət edib və ondan sonra evə qayıtmayıb. Hücumçu şəxs Azərbaycan Respublikasına hücumda məqsədi barədə deyir ki, səfirliyə təkrar müraciətlər etsə də cavab ala bilməyib və onda belə təssəvür yaranıb ki, həyat yoldaşı Azərbaycan səfirliyindədir və onunla görüşmək istəmir. Müttəhim nəhayət öncədən hazırladığı bir ədəd klaşnikovla bu gün səhər Azərbaycan səfirliyinə hücum etmək qərarına gəldiyini bildirib.”
Hakim Şəhriyari deyib: “ Hücumçu şəxs ilkin istintaq zamanı Azərbaycan Respublikası səfirliyinə hücumda tamamiylə şəxsi məqsəd daşıdığını deyib.”