Yanğınsöndürmə təşkilatı ilə saxlanılmış xalq əlaqələrində Tehranın şimal hüdudlarında güclü bir səsin eşidildiyi bildirilib. Dərhal iki yanğınsöndürmə stansiyasının məmurları məkana göndəriliblər, amma yanğınsöndürənlər lazımi axtarış və araşdırmalardan sonra məkanda heç bir hadisə müşahidə etməyiblər, -deyə Seyid Cəlal Məliki IRNA müxbirinə bildirib.
Tehran valisinin təhlükəsizlik və nizam-intizam məsələləri üzrə müavini deyib ki, virtual mühitdə belə bir hadisə yayılıb, amma aparılmış araşdırmalara əsasən, belə bir hadisənin baş verməsi həqiqətə uyğun olmayıb və Tehran Yanğınsöndürmə Təşkilatı da bu məsələni təsdiq edir.
Həmidrza Qudərzi bildirib ki, partlayış səsi bu gün səhər saat 00-52 dəqiqədə Tehranın «Millət Parkı»nda xəbər verilib. Aparılmış araşdırmalara əsasən, bu məsələ can və ya mal itkisinə səbəb olmayıbdır.