ArxivIslamXəbər lentiXəbərlər

Tehranla Ankara arasında sərnişin qatarı səfərləri başlayır

İranın yol və şəhərsalma naziri Məhəmməd İslami İran və Türkiyə dəmir yollarının Tehran – Ankara qatar səfərlərinin başlanması üzərində razılığa gəldiklərini açıqlayıb.
İslamazeri.com xəbər verir ki, 8-ci İran və Türkiyə nəqliyyat birgə komissiyasının iclası iki ölkənin müvafiq nazirlərinin iştirakı ilə Tehranda keçirilib.
Məhəmməd İslami etdiyi açıqlamada, görülən tədbirlər sayəsində iki ölkənin illik 30 milyard dollar ticarət həcminə çatmalarının mümkün olduğunu bildirib.
Nazir İslami iclasda nəqliyyat ilə bağlı dörd sahədə əhəmiyyətli razılıqlara gəldiklərini bildirərək, Tehranla Ankara arasında sərnişin qatar səfərlərinin başlaması barəsində də razılığa gəldiyini ifadə edib.
İranlı nazir həmçinin İslamabad – Tehran – İstanbul dəmir yolu dəhlizinin fəaliyyətə başlamasının da əldə edilən razılıqlardan biri olduğunu qeyd edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button