Terrorçular Quranı ixtisar edirlər

FaktXəbər-in İraq mediasına istinadən verdiyi məlumata görə, İŞİD terror təşkilatı öz qeyri adi fətvaları ilə dünyanı təəccübləndirməyə davam edirlər.
Bu dəfə isə onlar Qurani-Kərimin “Kafirun” surəsini və “Təthir” ayəsini (“Əhzab” surəsinin 33-cü ayəsini) qadağan ediblər.
Qeyd edək ki, “Kafirun” surəsində Allah müsəlmanları kafirlərdən uzaqlaşmağa çağırır. O, kafirlərin yolunun müsəlmanların yolundan tam fərqli olduğuna işarə edir. Bildiyimiz kimi, İŞİD-i də Qərb yaradıb, Bu terror təşkilatının maliyyəsi Qərb ölkələrinin öhdəsindədir. Xüsusi ilə də ABŞ İŞİD-i silahlandırmaqla məşğuldur. “Kafirun” surəsi ilə bu məsələlər tam zidd olduğuna görə, İŞİD ümumiyyətlə bu surəni silmək qərarına gəlib.
“Təthir” ayəsində isə deyilir: «Həqiqətən Allah-taala yalnız siz Əhli-beytdən pislik və çirkinlikləri uzaqlaşdırıb və sizi pak və pakizə etmək istəyib.». Məncə bu ayənin vəhabi terrorçular tərəfindən nə səbəbə silinməsini şərh etməyə ehtiyac yoxdur…