İran və Azərbaycanın iqtisadi əlaqələrinin genişləndirilməsi vurğulandı

İranın Azərbaycan Respublikasındakı səfiri iki ölkənin ötən 9 ay ərzində iqtisadi və ticarət əlaqələrinin 40% artdığını bildirərək deyib: Bununla belə mübadilələrin həcmi Tehran-Bakının yaxşı siyasi əlaqələrinə münasib deyil.
İran İslam Respublikasının Bakıdakı səfiri Cavad Cahangirzadə cümə axşamı günü II Beynəlxalq Sənaye Sərgisinin kənarında ticarət-sənaye beynəlxalq konfransında əlavə edib: Bu konfransların keçirilməsi İran və Azərbaycanın, eləcə də digər region ölkələrinin müxtəlif potensiallarınn tanıtdırılmasında əsalı rola malik ola bilər.
Caspindexpo sərgisi və beynəlxalq tikinti sərgisi eyni zamanda 13-16 sentyabrda Azərbaycan paytaxtı Bakı şəhərində keçirilir.
20 İran şirkəti, 15 ölkədən 32 şirkət, Bakı Beynəlxalq Sənaye Sərgisində iştirak edir.