ArxivXəbər lentiXəbərlər
Tezliklə Rəşt-Astara dəmir yolunun tikintisinə başlanılacaq

Tezliklə Rəşt-Astara dəmir yolunun tikintisinə başlanılacaq.
AZƏRTAC “İRNA” xəbər agentliyinə istinadla xəbər verir ki, bu sözləri İran İslam Respublikasının Prezidenti Həsən Ruhani deyib.
O bildirib ki, Azərbaycan Respublikasının dəstəyi ilə yaxın zamanlarda Rəşt-Astara dəmir yolunun tikintisinə başlanılacaq. Artıq Qəzvin-Rəşt dəmir yolunun tikintisi yekunlaşmaq üzrədir. İran, Rusiya, Hindistan və digər ölkələrin birləşdirilməsində bu dəmir yolu böyük rol oynayacaq.