AktualAktualArxivQadin və hicabXəbər lentiXəbərlər
Tiflis aeroport polisinin İran vətəndaşına qarşı kobud hərəkəti

Tiflis hava limanı polisi İran vətəndaşı olan bir qadını 20 saat həbs edib və ona qarşı kobud rəftar edib.
Qafqaz Mədəniyyət Mərkəzi – Tiflis girişində İran vətəndaşlarının deport edilməsinin şiddətlənməsinin ardınca, gürcü rəsmilərin, xüsusilə də Gürcüstanın Tehrandakı səfirinin bu problemi izləyəcəyini vəd etməsinə baxmayaraq, bu dəfə İran vətəndaşı olan bir qadın bu ölkənin paytaxtının aeroportunda saxlanılıb və Gürcüstan polisinin kobud rəftarı ilə üzləşib.
35 yaşlı İran vətəndaşı M. Huda 3 dekabrda İstanbuldan Tiflisə uçar təyyarə ilə Gürcüstana yola düşüb və 4 dekabr saat 2-də Tiflis aeroportuna daxil olub. Lakin o, aeroport polisinin maneəsi ilə qarşılaşıb. Bu prosesə etiraz edən qadın Gürcüstan polisi tərəfindən 20 saat həbs olunub və polisi zorakılığı ilə üzləşib.
-
Huda başına gətirilənlərlə bağlı “Fars” xəbər agentliyinə danışaraq deyib: “Aeroportun tranzit salonuna daxil olduqdan sorna polis mənə Tiflisə daxil ola bilməyəcəyimi bildirdi. Məndən başqa bir neçə nəfərin də girişinə icazə verilmədi.”
Qadının sözlərinə görə, hava limanı polisi onun əşyalarını və telefonunu alıb, ona qarşı alçaldıcı ifadələr işlədib və qolunu qandallayaraq, 5 dəfə sakitləşdirici ampul vurub. O, bir neçə dəfə qaçmağa cəhd etsə da, baş tutmayıb.
Xanım M. Huda deyib: “Saxlanıldığım müddətdə bir neçə dəfə öz səfirliyimiz ilə telefon əlaqəsi yaratmaq istədiyimi bildirdim, amma hər dəfə polis əhəmiyyətlizliyi və təhqirləri ilə üzləşdim.”
İran vətəndaşı 20 saat saxlandıqdan sonra Gürcüstan deport polisi onu təyyarə ilə İstanbula qaytarıb. O, İstanbula qayıtdıqdan sonra bu şəhərdə yerləşən Gürcüstan konsulluğuna müraciət etsə də, ona qaneedici cavab verilməyib.
Bundan sonra xanım M. Huda İranın İstanbuldakı konsulluğuna müraciət edərək şikayətini qeyd edib və bilet alaraq Tehrana qayıdıb.
İrana qayıdan vətəndaş XİN-nə və məhkməmə-tibbi ekspertizasına müraciət edib. Məhkəmə-tibb ekspertizası da onun bədənində zorakı davranış izlərini təsdiq edib.
-
Huda hal-hazırda heysiyyətinin qorunması və əlindən alınmış vəsaitlərinin qaytarılmasını istəyir. O deyib: “Bütün hüquqlarım bərpa olunmayınca, bu məsələni izləmkdən əl çəkməyəcəm.”