ArxivXəbər lentiXəbərlər

Tiflisdə İranın milli bayramı qeyd edilib

Tiflisdə İran İslam inqilabının qələbəsinin 38-ci ildönümü münasibətilə İranın Gürcüstandakı səfirliyi tərəfindən rəsmi qəbul təşkil olunub.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə çıxış edən İranın Gürcüstandakı səfiri Abbas Talebifar qələbənin İran tarixində şərəfli bir səhifə olduğunu bildirib. Səfir, həmçinin İranla Gürcüstan arasında olan dostluq əlaqələrindən, dövlətlər arasındakı münasibətlərin getdikcə inkişafından söhbət açıb. A. Telebifar İran İslam Respublikasının həmişə Gürcüstanı dəstəkləyəcəyini bildirib.

Sonra tədbirdə Gürcüstan Xarici İşlər Nazirinin müavini David Zalkaliani çıxış edərək bayram münasibətilə təbrik nitqi söyləyib. Nazir müavini hər iki dövlət arasındakı münasibətlərin Gürcüstan və İranın maraqlarına xidmət etdiyini bildirib.

İran İslam inqilabının qələbəsinin 38-ci ildönümü mərasimində Gürcüstanın dövlət və hökumət rəsmiləri, parlament deputatları, diplomatik korpus və dini konfessiyaların nümayəndələri iştirak ediblər.

tiflisde iranin milli bayrami qeyd edilib

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button