Tİflisdə M.F. Axundov muzeyində “Hz Fatimeyi Zəhra simasında Müsəlman qadın” adlı elmi seminar keçirilib (Foto)

Bu gün Tiflisdə M.F. Axundov muzeyində “Hz Fatimeyi Zehra simasında Müsəlman qadın” adlı elmi seminar həyata keçirilib.
Gürcüstanın paytaxtı Tiflisdə yerləşən M.F. Axundov muzeyində Bütün Gürcüstan Müsəlmanları idarəsinin və Gürcustanın Aktiv Azərbaycanlı Qadinlar Assosiyasiyasının dəstəyi və gənc Jurnalist Ceyhun Narzalovun teşkilatçılığı ilə ” Hz Fatimeyi Zəhranın simasında müsəlman qadın” adlı elmi seminar həyata keçirildi.
Qeyd olunan tədbirin iştrakçıları Gürcüstanın ali məktəblərində təhsil alan Azərbaycanlı və Gürcü tələbə xanımlarından və fəal xanımlarından ibarət idi.
Tədbirdə qonaqlar qarşısında seminarı Jurnalist Ceyhun Narzalov keçirib. Seminarda Xanım Fatimeyi Zəhranın həyatı və dəyərləri, o cümlədən xanımın Hz Muhamməd (s) həyatında olan böyük rolu haqqında söhbət açılaraq xanım Zəhranın Müsəlman qadınları üçün necə bir nümunə olması qeyd olunub.
Tədbirin sonunda Bütün Gürcüstan Müsəlmanları İdarəsi tərəfindən təşkil olunan hədiyyələr tədbir iştrakçılarına tədim olunduqdan sonra M.F. Axundov muzeyi qonaqlar tərəfindən ziyarət olunub.