Əl-Nüsrə terrorçuları müalicə üçün Türkiyə torpaqlarına keçirlir

Suriya Hərbi Qaynaqlarından verilən məlumatlara görə, Suriya Milli Ordusu Dəməşq əyalətinin Bərzə bölgəsində azğın əl-Nüsrə təkfirçi cəbhəsində terror qruplarını qovalayaraq, onları ağır itkilər verməyə məcbur edib.
Hərbi resurs, Dəməşq əyalətinin Ədra, Duma, Yəbrud, Renküs, Muəddəmiyə və Cobar bölgələrində çox sayda terror yuvasını və yaraqlıların toplanma mərkəzlərini, daxilindəki əşyalar ilə birlikdə məhv edərək, xeyli sayda terrorçunu darmadağın edib, bir çoxlarını da, yaraladığını söyləyib.
Təkfirçi əl-Nüsrə cəbhəsi, yaralılarını müalicə üçün Türkiyəyə keçirir
Hərbi qaynaq daha sonra, Suriya Milli Ordusunun Hələb əyalətinin şimal bölgəsində azğın əl-Nüsrə təkfirçi cəbhəsində bir sıra yaraqlıları öldürərək, bir çoxlarını da, yaralayaraq təsirsiz hala gətirdiklərini bildirib.
Qaynaq həmçinin, təkfirçi terrorçuların öz yaralı ünsürlərini müalicə üçün, daim İslam Ümmətinə arxadan zərbə endirən Türkiyə torpaqlarına apardıqlarını, yaralı terrorçular arasında da Əhməd Akkad, Firas Kacan, Əhməd Kacan, Yusuf Dello və Ehsan Abdulgafur Ajjan adlı türk hərbiçilərinin olduğunu deyib.
islamtimes.org