Jurnalistin ailəsinə basqılar davam edir

“Kanal13” internet telvziyasının jurnalisti Teymur Kərimovun ailəsinə basqılar davam edir. Bu barədə jurnalist sosial şəbəkələrdə məlumat verib.
Sentyabrın 2-də səhər saatlarında polis əməkdaşları jurnalistin Bakıda və Tərtərdəki evində olub.
Bakidaki evində heç kim yaşamadığından Tərtər rayon polis idarəsinin əməkdaşları onun atasının yaşadığı Bəyimsarov kəndindəki evinə getmiş Teymur Kərimovun həyat yoldaşını və uşaqlarının, eyni zamanda Teymurun bacısının və onun həyat yoldaşının ad soyadını qeyd etdikdən sonra onlara ciddi xəbərdarlıq ediblər. Bu xəbərdarlıq jurnalistin Facebookdakı yazıları ilə bağlı olub: “Əgər Teymur bu fəaliyyətini davam etdirsə, sizin heç birinizə yaxşı olmayacaq”.
Həmin hadisənin səhəri günü (bu gün) Teymur Kərimovun dayısı Yaşar Məmmədova Kəlbəcər rayon İcra Hakimyyətinin müavini tərəfindən zəng olunub.
Zəng edən şəxs bildirib ki, Teymur Kərimov Azərbaycana geri dönməsə, ailəsinin və uşaqlarının üzünü bir daha görməyəcəkdir.
Qeyd edək ki, jurnalistin ailəsinə və yaxınlarına basqılar bununla da bitməyib. Onun qaynı İlkin Namazlını sabah üçün Tərtər polis idarəsinə çağrıblar.
Teymur Kərimov bu basqıların səbəbini Facebook səhfəsindəki tənqidi fikirlərinə və Youtubedə yerləşən FreedomAZT kanalındakı fəaliyyəti ilə əlaqələndirib.