ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər
Türkiyə ilə Ermənistan arasında birbaşa uçuşlar başlanıb

Ermənistan və Türkiyə qədim ixtilafları kənara qoymaq və ikitərəfli əlaqələri bərqərar etmək üzrə səylərin davamında iki ölkə arasında birbaşa uçuşları bərpa ediblər.
“FLY ONE Armenia” hava yolları şirkətinə məxsus sərnişin təyyarəsi Yerevanın “Zvartnots” beynəlxalq hava limanndan İstanbul istiqamətinə uçub.
Türkiyədən Ermənistana birbaşa uçuşlar da bu gecədən Yerevan istiqamətinə uçuşla başlanmalıdır.
Bundan öncə Türkiyə rəsmiləri bildirmişdilər ki, Ankara Ermənistanın müxtəlif bölgələrinə uçuşlar təşkil etmək və Yerevanla ticarət əlaqələrini genişləndirmək niyyətindədir.
Türkiyə hökuməti həmçinin Ermənistan vətəndaşlarını cəzb etmək üçün bu ölkənin şimal-şərqində yerləşən Qars şəhərinə yaxın körpü və binalar kimi tarixi saytları yenidən açmaq niyyətindədir.