ArxivXəbər lentiXəbərlər
Türk səfir: “İranın mövqeyi bizi sevindirir”

İranın Türkiyədəki hərbi çevrilişə cəhd zamanı sərgilədiyi mövqe bizi sevindirir.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin İrandakı səfiri Rza Hakan Tekin söyləyib.
Onun sözlərinə görə, İran din alimlərinin Türkiyədəki hadisələri doğru dəyərləndirməsi Ankara üçün çox önəmlidir.
O, Türkiyənin bu hadisələrdən sonra NATO-dan imtina etməyəcəyini bildirib.