Türk yazar yazdı: Türkiyə və İran Suriya problemini bu yolla həll edə bilər

özünün köşə yazısında türk yazar və hüquqşünas dr.Ziya Türkyılmaz bu məsələyə toxunub.
O “Bölgə ölkələri həqiqi müstəqilliyə və xalqın iradəsinə uyğun hökümətlərin qurulması xarici güclərin dəstək və vədlərilə deyil. ancaq və ancaq bölgə xalqlarının iradə və gücü ilə reallaşacaq. Bölgənin aqibətini bu bölgənin sahibləri təyin edəcək və təbiətinə yad xarici ünsürləri və artıqları qəti olaraq çölə atacaqlar. Bu prosesin tezləşməsi isə başda Türkiyə və İran olmaqla bölgə ölkələrinin əməkdaşlığı və işbirliyilə, digər müsəlman xalqları öz çətirləri altına almaqla mümkündür.“, deyə qeyd edib.
Ziya Türkyılmaz 8 il öncə Ərdoğanın İran səfərinə işarə edərək yazısının başqa yerində deyir: “Hörmətli Ərdoğan Suriya böhranının ilk aylarında, yəni 2012 Aprel ayında Məşhəd şəhərində Ayətullah Xamenei ilə Suriya böhranı ilə bağlı geniş görüş keçirdi. O görüşdə İran tərəfi açıq bir şəkildə; “Suriya böhranı əgər sizin dediyiniz kimi rejim problemidirsə bunu əl-ələ verib həll edə bilərik və müxaliflərin də iqtidara qatılması üçün lazımi dəyişikliklər üçün kömək edə bilərik” deyərək İranın mövqeyini sərgiləmiş və bir şərt irəli sürmüşdü; Bölgədən xarici ölkələrin ayağı Suriyaya açılmamalıdır.
Təklif və mesaj olduqca açıq idi. Suriya höküməti də o vaxtlar yumşalma siqnalları verərək konstutusiya dəyişikliklərinə hazırlığını bildirmişdi. Amma bu dəyişikliyin xarici təzyiqlə deyil Suriya xalqı tərəfindən təbii bir proses izlənərək həyata keçirilə biləcəyini önə çəkmişdilər. İran tərəfi hələ cavab gözləyir.”
Türk yazar yazısında Rusiya, ABŞ və Avropa Birliyinin Suriyanın rifahını istəmədiklərini də qeyd edir. O bu haqda deyir: “Keçən 8 illik qan, qətliam və sürgün dolu müddət Suriya böhranının müharibə, təhdid və blokada ilə həll edilməyəcəyini isbatladı. Buna baxmayaraq sınanmışın yenidən sınanmasının daha çox qan və düşmənçilikdən başqa heç bir şey olmayacağı dəqiqdir. Əgər həqiqətən ölkəmiz başda olmaqla Suriyada və bütün bölgədə sülh, atəşkəs və rifah istənilirsə hər şeydən öncə xarici güclərdən ümidi kəsib bölgənin məsələlərini bölgə ölkələrilə həll etməyə çalışmalıyıq. ABŞ, AB və Rusiya öz uğursuz maraqlarını düşünürlər. Hədəflərinə çatmadan Suriyada və bölgədə sülh və barışa razı olmayacaqlar.”