
Türkiyə və Ermənistan arasında 10 oktyabr 2009-cu ildə imzalanan, lakin sonradan Ermənistanın konstitusiya məhkəməsinin neqativ qərarı nəticəsində ratifikasiya olunmayan Sürix protokolları yenidən gündəmə gətirilib.
Bu barədə Türkiyəyə bağlı “Yeni Müsavat” qəzetinə diplomatik mənbələrdən məlumat veriliib.
Ancaq məsələnin özəlliyi ondadır ki, 5 il öncə olduğunun əksinə olaraq bu dəfə Azərbaycan Respublikası hökuməti bu prosesdən, yəni Türkiyə-Ermənistan sərhədlərinin açılmasına hesablanmış Qərb layihəsindən kənarda deyil, birbaşa iştirakçı üç dövlətdən biridir.
Diplomatik mənbələrin dediyinə görə, Türkiyə-Ermənistan-Azərbaycan Respublikasının gizli anlaşmasında Ağdam və Füzuli rayonlarının geri qaytarılması barədə söhbətlər var.
Hələ rəsmi Bakı məlumatı təsdiq yaxud təkzib etməyib./sahartv/