qafqaz.ir Hədəf14.az-a istinad xebere gore, Türkiyə cəfərilərin (şiələrin) lideri Səlahəddin Özgündüz Fazil Mustafanın şiələrə qarşı işlətdiyi sərt ifadələrinə biganə qala bilməyib.
Bir neçə gün öncə Fazil Mustafanın islam dini ilə bağlı xüsusən də cəfərilərin əzadarlıq məclisləri barədə dediyi sözlər inanclı şəxslər tərəfindən birmənalı qarşılanmayıb. Hətta Türkiyə şiələrindən də münasibət bildirilib. Belə ki, adıçəkilən ölkədəki cəfərilərin lideri Səlahəddin Özgündüzün dediyi sözlərlə sizi tanış edirik.
“Əgər sən azərbaycanlısansa xalqının duyğu və düşüncələrinə hörmət etməlisən. Əgər sən müsəlmansansa, Rəsuli-əkrəmin (s) və saleh səhabələrinin (s) ağladığı hadisəyə sən də ağlamalısan”. Hədəf14.az-ın həmin çıxışın görüntülərini sizə təqdim edir.