Türkiyə hərbçilərii Azərbaycana daxil olublar

Türkiyənin bir hərbi bölməsi Azərbaycan silahlı qüvvələri ilə birgə hərbi təlimlərdə iştirak etmək məqsədi ilə bu ölkəyə daxil olub.
Azərbaycan Müdafiə Nazirliyini şənbə günü verdiyi məlumatda Türkiyə hərbçilərinin Azərbaycana gəlmələri xəbərini təsdiq edərək, Türkiyə və Azərbaycan silahlı qüvvələrinin birgə hərbi təlimlərinin May ayının 1-də başlanacağını və 5-nə kimi davam edəcəyini bildirib.
Türkiyədən Azərbaycana gələn hərbi bölmənin komandanı Hakan Açıkgöz də bildirib ki, bu hərbi təlimlərdə əldə ediləcək təcrübələr iki ölkə silahlı qüvvələrinin gələcək hərbi əməliyyat proqramlarında müsbət təsirə malik olacaq.
Bu birgə hərbi təlimlərin keçirilməsində məqsəd iki ölkə hərbçiləri arasında ahəngdarlığın artırılması, iki ölkə silahlı qüvvələrinin Baş Qərargahları arasında birgə proqramlaşdırmaların həyata keçirilməsi, hərbi bölmələrin hazırlıq səviyyəsini artırmaq və silahlı qüvvələrin hərbi əməliyyatların icrasındakı səmərəliliyini artırmaq elan edilib.
Bu hərbi təlimlərdə zirehli texnika, artilleriya, hava qüvvələri və hava hücumundan müdafiə qüvvələri iştirak edəcək.