Qafqaz.ir – “İranın özünü müdafiə edəcəyi halda o bu hüquqa sahibdir” – Hakan Fidan
Hakan Fidan: İranla İsrail arasında mümkün müharibə yüksək ehtimal olaraq dəyərləndirilməlidir
Bölgə ölkələri İranla İsrail arasında mümkün müharibəni yüksək ehtimal olaraq dəyərləndirməlidir.
Qafqaz.ir-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan “Haber Global”a müsahibəsində deyib.
O qeyd edib ki, ölkələr bu mümkün ssenariyə hazır olmalı, lakin mümkün müharibənin qarşısını almaq üçün səylər göstərməlidir: “Amma İranın özünü müdafiə edəcəyi halda o bu hüquqa sahibdir”.