ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Türkiyə İsrail qüvvələrinin əl-Əqsa məscidinə basqınını pisləyib

 Türkiyənin vitse-prezidenti Fuat Oktay və ədliyyə naziri Bəkir Bozdağ İsrail qüvvələrinin əl-Əqsa məscidindəki zorakılığını pisləyiblər.

 Fuad Oktay rəsmi tvitter səhifəsində İsrail qüvvələrinin ötən cümə günü əl-Əqsa məscidinə basqın etməsinə münasibət bildirib.

O yazıb:

“İsrailin mübarək ramazan ayında əl-Əqsa məscidində ibadət halında olan müsəlmanlara qarşı müdaxiləsini, bir neçə şəhərdə yeddi sivilin ölümünə səbəb olan zorakılığını qınayırıq. Şəhid olan fələstinli qardaşlarımıza Allahdan rəhmət, yaralılara şəfalar diləyirik.”

Həmçinin Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ rəsmi tvitter səhifəsində İsrail qüvvələrinin əl-Əqsada törətdikləri zorakılığa münasibət bildirib.

“İsrail təhlükəsizlik qüvvələrinin biri uşaq olmaqla yeddi fələstinli qardaşımızı şəhid etməsini və şərafətli Ramazan ayında müsəlmanların müqəddəs məscidi əl-Əqsaya basqın etməsini şiddətlə qınayırıq”, deyə Bəkir Bozdağ fələstinli şəhidlərə Allahdan rəhmət diləyib.

O əlavə edib:

“Əl-Əqsa məscidinin beynəlxalq statusuna və mənəviyyatına qarşı edilən belə hücumlar heç bir şəkildə qəbul edilə bilməz. Dünya ictimaiyyəti verdiyi qərarların və imzaladığı sövdələşmələrin lazımi öhdəliklərini gecikmədən yerinə yetirməlidir. İsrail haqsız və hüquqdankənar hücumlarına dərhal son qoymalıdır”, deyə Bəkir Bozdağ qeyd edib ki, “Türkiyə haqsıza haqsız, zülmə zülm, zalıma zalım deyir və məzlumun yanında durur.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button