Xəbərlər

Türkiyə mətbuatı Azərbaycanın ərazi bütövlüyünü pozdu

XİN Dağlıq Qarabağın müstəqil respublika kimi təqdim edilməsi ilə bağlı Azərbaycanın Türkiyədəki səfirliyinə təlimat göndərəcək.

Türkiyənin “Hürriyet.com” saytında Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan səhv buraxıb. ANS PRESS-in məlumatına görə, qardaş ölkənin xəbər saytına daxil olub, orada qeydiyyatdan keçmək üçün xüsusi bolk açılır. Seçim imkanı verilən ölkələrin sırasında qondarma Dağlıq Qarabağ Respublikasının da adı var.

Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi araşdırmalara başlayıb. XİN mətbuat xidmətinin rəhbəri Elman Abdullayev ANS PRESS-ə açıqlamasında bununla bağlı Azərbaycanın Türkiyədəki səfirliyinə təlimat göndəriləcəyini bildirib.

“Artıq biz təlimat hazırlamışıq. Bu gün Türkiyədəki səfirliyimizə təlimat göndəriləcək. Araşdırmalardan sonra, saytın səhv etdiyini, yaxud başqa səbəbdən belə qeyd olunduğunu biləcəyik”, – deyə Elman Abdullayev bildirib.

islamazeri

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button