AktualAktualArxivFatimi yaşayişIslammədəniyyatSosialXəbər lentiXəbərlər

Türkiyə prezidentinin sözçüsü: Kərbəla hadisəsi bir zaman və məkana sığmaqdan çox böyükdür

Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalin yazıb: “Onların (Kərbəla şəhidlərinin) Allah yolunda haqq-ədalət uğrunda təlaşı bir zaman və məkana aid olmaqdan çox böyükdür.”

Qafqaz Həqiqətləri xəbər verir ki, Türkiyə prezidentinin mətbuat katibi və Ərdoğanın məsləhətçisi İbrahim Kalın Tvitter mesajında Kərbəla hadisəsi və İmam Hüseynin (ə) qiyamına toxunaraq yazıb: “Onların (Kərbəla şəhidlərinin) Allah yolunda haqq-ədalət uğrunda təlaşı bir zaman və məkana aid olmaqdan çox böyükdür. İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinin xatirəsini uca tuturuq.”

Ötən gün də Türkiyə Dəyanət İşrləri müdiri Əli Erbaş Kərbəla hadisələri ilə bağlı yaydığı bəyanatda deyib: “Kərbəla hadisələri dərdli və acı hadisələrdən biri olaraq keçmişdən indiyə kimi din və rəngindən asılı olmayaraq bütün dünya möminlərinin qəlbini ağrıtmışdır.”

Əli Erbaş məhərrəm ayının onuncu günü müsəlman cəmiyyətinin yaddaşında peyğəmbərlərin həyatı və mühüm ismarışlarının xatırlanması günü olduğuna işarə edərək deyib: “Ümidvaram ki, Aşura hadisəsi İslam dünyasının vəhdət və birliyinə səbəb olacaq. Aşura bəşəriyyət tarixində bir çox önəmli hadisələrin şahidi olmuşdur və Kərbəla İslam tarixinin ən kədərli hadisələrindən biridir.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button