ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Türkiyə Rusiyadan neft ala və nəql edə bilər

 Türkiyə Qərbin maliyyələşdirməsi və sığortası olmadan Rusiya neftini alıb nəql edə bilər. AA xəbər verir ki, bunu Türkiyə xəzinə və maliyyə naziri Nurəddin Nəbati deyib.

“Biz ehtiyaclarımızı ödəmək üçün lazımi addımları atmalı, eləcə də ölkəmizin maraqlarını qorumaq üçün lazım olan hər şeyi etməliyik. Türkiyə Qərbin maliyyələşdirməsi və sığortası olmadan Rusiya neftini alıb nəql edə bilər. Əgər hansısa sanksiyalar tətbiq olunarsa, Türkiyənin heç bir sanksiyaları pozmadan yeni vəziyyətə uyğunlaşmaq üçün alətlər hazırlamağa hər cür imkanı var.

Hökumət Türkiyəni istehsal mərkəzinə çevirəcək iqtisadi islahatlar həyata keçirmək niyyətindədir”, – o bildirib. Qeyd edək ki, Nəbati keçən həftə G20 Xəzinədarlığı və Mərkəzi Bank Rəhbərlərinin toplantısında və beynəlxalq təşkilatların illik toplantılarında iştirak etmək üçün ABŞ-a səfər edib. Bu xəbərlərə də baxmaq istəyərsiniz

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button