ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər
Türkiyə: S-400 sistemlərinin dosyası artıq bağlanıb

Türkiyə prezidentinin sözçüsü Ankaranın S-400 zenit-raket sistemlərini almağa davam etməkdə qərarlı olduğunu vurğulayıb.
Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın vurğulayıb ki, Türkiyə ABŞ-a S-400 sistemləri ilə bağlı mübahisələrin artıq faydasız olduğunu başa salıb.
İbrahın kalın Türkiyənin ABŞ və NATO-nun digər üzvlərinə S-400 hava hücumundan müdafiə sisteminin məsələsinin bağlandığı barədə məlumat verdiklərini söyləyib.
Kalın CNN-ə deyib: “NATO, müttəfiqi Türkiyəyə Patriot raket müdafiə sistemini satmaqla ona dəstək ola bilər”.
Türkiyənin NATO-nun ikinci ən böyük ordusu olduğunu qeyd edən sözçü, NATO-nun Türkiyəyə qarşı sanksiyalar tətbiq etməsinin yanlış olduğunu bildirib və Ukraynadakı müharibənin bu qərarın səhv olduğunu açıq şəkildə göstərdiyini söyləyib.