ArxivXəbər lentiXəbərlər
Türkiyə Suriyada dünən 14 əsgərini itirib

FaktXəbər-in Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Türkiyənin Baş Qərargah rəhbərliyi Suriyada aparılan “Fərat Qalxanı” əməliyyatında daha 10 əsgərin öldüyünü, 6-sı ağır olmaqla 18 əsgərin də yaralandığını açıqlayıb.
Baş Qərargah hərəkata dair gecə saatlarında yayımladığı açıqlamada, dünən Əl-Bab bölgəsində səhər saatlarındakı münaqişələr ilə günortadan sonra bombalı avtomobillə təşkil olunan 3 ayrı intihar hücumunda ümumilikdə 14 əsgərin itirildiyini, 33 əsgərin də yaralandığı bildirib.
Açıqlamada həmçinin bildirilir ki, əməliyyat zamanı 138 İŞİD terrorçusu məhv edilib.