İŞİD terror təşkilatının 2 il öncə öldürülmüş sabiq rəhbəri Əbu Bəkr Əl-Bağdadinin ən yaxın adamlarından biri olmuş, “sağ əli” adlandırılan “Basim” kod adlı terrorçu İstanbulda saxlanılıb.
qafqaz.ir “NTV Türkiyə”yə istinadən xəbər verir ki, Əfqanıstan əsilli həmin şəxs polis və kəşfiyyatçıların birgə əməliyyatı ilə ələ keçirilib.
Məlumata görə, həmin şəxs Bağdadinin dövründə İŞİD-in “Hərbi Təşkilatlanma və Silahlı Təlim” üzrə əmiri olub.
Saxlanılan şəxs Terrorizmlə Mübarizə Şöbəsində dindirilir.