ArxivXəbər lentiXəbərlər
Ərdoğanın qaldığı otelə hücum edən 11 hərbçi tutulub

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Marmarisdə qaldığı otelə hücum edən və sonradan qaçıb gizlənə bilmiş 11 hərbçi tutulub.
Bu haqda Muğla valisi Amir Çiçek məlumat verib.
O bildirib ki, avqustun 1-ə keçən gecə 9, səhərə yaxın daha 2 hərbçi tutulub. Əməliyyatı xüsusi təyinatlı polislər həyata keçirib.
İyulun 15-də Türkiyədə hərbçi çevrilişə cəhd zamanı prezident Ərdoğanın qaldığı otelə də hücum olmuşdu. Hücumdan az əvvəl Ərdoğan oteli tərk edib İstanbula getmişdi.
Hərbi çevrilişə cəhd zamanı Türkiyədə 300-dən artıq adam həlak olub. Onlardan 200-dən çoxu dinc sakinlər olub