ArxivXəbər lentiXəbərlər

Türkiyədə axan qanların əsl günahkarı kimdir? – Analiz

Türkiyənin Yaxın Şərq, xüsusən də Suriya ilə bağlı siyasəti hələ çox günahsız insanın qanının axmasına səbəb olacaq

Terror dünyanı bürüyən qarşısıalınmaz bəladır. Yəni dünyanın elə bir nöqtəsi yoxdur ki, terrordan əziyyət çəkməsin. Bu məsələnin bir tərəfidir. Digər bir məqam isə ondan ibarətdir ki, dövlət və onu idarə edənlərin siyasi səriştəsizliyi terrora yol açır. Dolayısı ilə bir ölkədə terror aktının törədilməsində həmin dövlətin başında əyləşən rəhbərlər də məsuliyyət daşıyır. Məsələnin əsl mahiyyətindən kənarlaşmadan fikrimi son bir neçə ay ərzində Türkiyədə ard-arda törədilən terror aktlarına yönəltmək istəyirəm. Regionun aparıcı dövlətlərindən hesab olunan Türkiyə, hazırki iqtidarın siyasi səriştəsizliyi, daha dəqiq desək düzgün siyasət yürütməməsi səbəbindən sanki müharibə meydanını xatırladır. Ərdoğan hökumətinin İŞİD terror təşkilatı ilə bağlı ikitirəli siyasəti, eyni zamanda böyük güclərin marağ obyektinə çevrilməsi nəticəsində Türkiyədə son bir ildə bir neçə terror aktı törədilib. Terrordan isə ən çox günahsız insanlar əziyyət çəkir. Dünən Türkiyənin paytaxt şəhəri Ankarada 28 nəfərin ölümü, 61 insanın yaralanması ilə nəticələnən terror aktı isə hadisələrin pik nöqtəsi oldu desək yanılmarıq. Bu cür piklərin sayının artmamasına ümid etsək də Türkiyənin Yaxın Şərq, xüsusən də Suriya ilə bağlı siyasətinin hələ çox günahsız insanın qanını axıdacağını deyə bilərik və buna kifayət qədər əsaslarımız var.

Birincisi ona görə ki, Ərdoğan hökumətinin Yaxın Şərq və Suriya məsələsində sərgilədiyi mövqe heç bir məntiqə söykənməyən ikiüzlü siyasətdən başqa bir şey deyil. Eyni zamanda imperialist qüvvələrin regiondakı maraq obyektlərinin Türkiyə vasitəsi ilə həyata keçirildiyi də açıq-aşkar ortadadır. Bir tərəfdən İŞİD terror təşkilatı ilə mübarizədə koalisiaya qoşulan Türkiyə, digər tərəfdən sözügedən qruplaşmanı gizli şəkildə dəstəkləməkdə ittiham olunur və bu ittihamlar heç də əsassız hesab edilmir. Sadəcə bir neçə faktı qeyd etmək lazımdır ki, ittihamların əsassız olmadığı isbatlansın. Beləliklə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı, Edvard Snouder İŞİD terror təşkilatının İsrailin təhlükəsizliyini təmin etmək üçün Amerika, İngiltərə və İsrail kəşfiyyatıyla birgə çalışdığını irəli sürür. ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) yüksək rütbəli işçisi Stiven Kelli isə İŞİD-in ABŞ və müttəfiqləri tərəfindən maliyyələşdirildiyini dilə gətirir. İŞİD-i ABŞ və müttəfiqlərinin yaratdığını və maliyyələşdirdiyini deyir. Hər iki önəmli şəxsin səsləndirdiyi fikirlər onu göstərir ki, nə ABŞ, nə də müttəfiqləri, öz yaratdıqları terror təşkilatına qarşı mübarizədə səmimi deyillər. Heç kimə sirr deyil ki, Türkiyə, ABŞ və Qərb dövlətləri ilə müttəfiqdir və onların maraqlarından çıxış edir. ABŞ İraq, Əfqanıstan və Yaxın Şərqlə bağlı planlarını da məhz Türkiyə vasitəsi ilə həyata keçirir. Sadaladığım faktlara nəzər salmaq kifayət edir ki, ABŞ-ın müttəfiqi olan Türkiyənin İŞİD-ə qarşı mübarizəsinin “gözdən pərdə asmaq”dan başqa bir şey olmadığı sezilsin. Türkiyə iqtidarı yalnız PKK ilə mübarizədə genişmiqyaslı hərbi əməliyyatları həyata keçirir və bu məsələdə Suriyada, İraqda İŞİD-ə qarşı döyüşən əsas qüvvə olan kürdlərdən ibarət PYD və YPG (Peşmərgə) təşkilatlarını hədəf alır. Göründüyü kimi regionun ən böyük və güclü dövlətlərindən olan Türkiyə, AKP rəhbərliyinin siyasi səriştəsizliyi və düzgün seçilməyən strategiyası səbəbindən nəinki maraqlarının toqquşduğu dövlətlərdə, həmçinin terror təşkilatlarında da qıcıq yaradır. Bu qıcığın nəticəsidir ki, Türkiyə dünya güclərindən hesab edilən Rusiya ilə gərgin münasibətlər yaşayır. Bu qıcıq səbəbindən bir ildə Türkiyədə onlarla terror aktı törədilib və günahsız insanların qanı axıb. Məlumdur ki, terror sərhəd tanımır və terrorun dini, milləti olmur. Lakin Türkiyədə ard-arda törədilən terror aktlarının əsas səbəbləri sırasında hazırki iqtidarın düzgün olmayan çirkin siyasəti dayanır. Ona görə də, axıdılan günahsız qanların hesabını Ərdoğan və onun komandası mütləq verməlidir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button