ArxivXəbər lentiXəbərlər

Türkiyədə daha 118 hərbçi həbs olunub

Türkiyə hökuməti “FETÖ” əməliyyatı çərçivəsində daha 118 hərbçini 2016-cı ilin iyul ayında çevriliş cəhdində təqsirli bilərək həbs edib. FaktXeber.com-un məlumatına görə, bu barədə NTV xəbər verib.
Bildirilir ki, dekabrın 14-də İstanbul məhkəməsi 216 hərbçinin, o cümlədən 85 zabitin həbsi üçün order verib. Əməliyyat  İstanbulun 45 rayonunda həyata keçirilib.
Məhkəmə artıq saxlanılanlardan 160-nın işinə baxıb, dinləmələrin yekunu olaraq onlardan 118-ni həbs edib.
Xatırladaq ki, 2016-cı ilin iyul ayında Türkiyə Silahlı Qüvvələrinin bir qrup hərbçisi və zabiti dövlət çevrilişinə cəhd edib. Əsas qarşıdurma  İstanbul və Ankarada yaşanmışdı. Qiyamçıları nəzərə almasaq, çevrilişə cəhddə 250 nəfər həlak olmuşdu, bundan başqa 2000-dən artıq insan yaralanmışdı.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button