ArxivIslamXəbər lentiXəbərlər
Türkiyədə daha 32 hərbçi saxlanıldı

Ankarada FETÖ (Fəthulllah Gülən hərəkatı) terror hərəkatı ilə mübarizə çərçivəsində daha 32 hərbçi saxlanılıb.
Saxlanılanların ayrı-ayrı hərbi strukturların əməkdaşları olduğu bildirilir.
Araşdırma nəticəsində saxlanılanların hamısının FETÖ ilə sıx əlaqədə olduğu məlum olub.
qafqaz.ir Trend-ə istinadən xatırladır ki, son 7 ay ərzində FETÖ ilə mübarizə çərçivəsində Türkiyə Silahlı Qüvvələrinın sıralarından 1076 hərbi qulluqçu xaric edilib.
Qeyd edək ki, Fətullah Gülən və tərəfdarları Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunurlar.