Türkiyənin Hatay şəhərində meşə yanğını baş verib. hadisə şəhərin Antakya rayonunda olub. Habibi-Neccar dağı ətrafında meşəlik ərazidə yanğın yaranıb. Hazırda yanğınsöndürmə tədbirləri davam etdirilir. Hadisənin dəqiq səbəbləri hələlik məlum deyil.