Türkiyədə elektrik enerjisinin bahalaşması kütləvi etirazlara səbəb olub

bu ölkədə minlərlə insan ilin əvvəlindən bəri üzləşdikləri artan elektrik qiymətlərinə etiraz olaraq, küçələrə çıxıb.
“Əhval” portalının məlumatına görə, Türkiyənin qərbindəki İzmir və cənub-şərqindəki Mardin və Diarbəkir vilayətlərində dünən (6 fevral) küçələrə çıxan qrup əllərində elektrik faturaları və xarici valyuta daşıyıblar.
Etirazlar o, zaman başlayıb ki, istehlakçılar və müəssisələr yanvarın 1-dən etibarən elektrik enerjisi qiymətlərinin 50-100 faiz artması, eləcə də təbii qaz ödənişlərinin artması nəticəsində ziyana düşüblər. Bu ayın əvvəlində ifşa olunan hökumətin statistikalarına əsasən, Türkiyədə illik inflyasiya səviyyəsi son 20 ilin ən yüksək səviyyəsinə yəni 48,7 faizə yüksəlib ki, bu da əhaliyə təzyiqi artırıb.
Portalın yazdığına görə, Mardinin Qızıltəpə bölgəsində etirazçılar “Ərdoğan istefa”, “Dövlət istefa” şüarları səsləndiriblər.
Etirazçılardan bir neçəsi polis avtomobillərinə hücum etdikdən sonra saxlanıblar.