Türkiyədə Fətullah Gülənə yaxın 55 din xadimi saxlanılıb

İslaminsesi-nin türk mediasına istinadla verdiyi məlumata görə, Türkiyədə iyulun 15-də törədilmiş dövlət çevrilişinə hərbi cəhd zamanı, çevrilişin mərkəzi qərargahları arasında olan Akıncı Hava Bazasının pilotlarından cavabdeh olduğu iddia edilən “FETÖ-nün məhrəm imamları” na qarşı əməliyyata başlanılıb.
Əməliyyat çərçivəsində bazanın əsgər heyətilə əlaqəsi olduğu iddia edilən 101 nəfər “məhrəm imamdan” 55-i şübhəli şəxs qismində saxlanılıb. Saxlanılanlardan 13-nün əvvəllər həbs olunduğu məlum olub.
Məlumata görə, “məhrəm imam” ifadəsi hava bazasında vəzifəli olub dövlət çevrilişinə cəhdə iştirak etdikləri səbəbilə həbs olunan pilotların ifadələrində bildirilib. Pilotlar bu barədə Türkiyə dövlətinin çevrilişi təşkil etməkdə ittiham etdiyi “Gülən camaatı” nın içində kimlərlə görüşdükləri və təlimat aldıqlarını bildirdikdə bu ifadəni işlətmişdilər.