ArxivXəbər lentiXəbərlər
Türkiyədə İŞİD-ə zirehli jilet daşıyan azərbaycanlı saxlanıldı

Əliyev deportasiya ediləcək.
Türkiyənin paytaxtı Ankarada Esenboğa hava limanında Azərbaycan vətəndaşı saxlanılıb, o ölkəyə İŞİD terror təşkilatına qatılmaq üçün gəlib.
Qafqaz.ir Anadolu agentliyinə istinadən xəbər verir ki, Ankara polis idarəsinin terrorizm ilə mübarizə şöbəsinin əməkdaşları Azərbaycandan Ankaraya İŞİD-ə qoşulmaq üçün gələn kişi barədə məlumat alıblar.
Polis kişinin üzərini axtarıb, 49 yaşlı Azərbaycan vətəndaşı Bəkir Əliyevin üzərindən və baqajından 17 zirehli-jilet, dərmanlar, iynələr və tibbi ləvazimat aşkar edilib.
Şübhəli şəxs saxlanılıb. Müvafiq prosedurlardan sonra Əliyev deportasiya ediləcək.