ArxivXəbər lentiXəbərlər
Türkiyədə İŞİD əməliyyatı: 14 azərbaycanlı saxlanıldı

qafqaz.ir-ın APA-ya istinadən verdiyi xəbərə görə, onlar 38 nəfərlik qrupun içində olublar. Onların arasında uşaqlar və qadınlar da var.
Azərbaycanlılardan başqa saxlananların arasında 7 İndoneziya, 5 İraq və Qırğızıstan, 2 Tacikistan və İran və Əfqanıstan vətəndaşının da olduğu bildirilir.
Həmin şəxsləri Suriya ərazisinə keçirməyə cəhd edən iki Türkiyə vətəndaşı da saxlanılıb.