ArxivXəbər lentiXəbərlər
Türkiyədə İŞİD təbliğatı aparan 9 şübhəli sərbəst buraxıldı

Konyada sosial media üzərindən İŞİD təbliğatı etdiyi iddiasıyla tutulan 9 nəfər sərbəst buraxılıb…
İslamazeri.az “Sputnik”ə istinadən xəbər verir ki, Konya Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsinin əməkdaşları İŞİD-ə qarşı 18 yanvar günü eynizamanlı əməliyyat keçirib. Sosial media üzərindən terror təşkilatının təbliğatını apardığı irəli sürülən və haqlarında tutulma qərarı çıxan 10 nəfərdən 9-u saxlanılıb.
Şübhəlilərin təşkilatın Suriya və İraqdakı digər təşkilat üzvləri ilə də tez-tez təmasa keçdikləri iddia edilib.
Terrorla Mübarizə Şöbəsində sorğuları tamamlanan şübhəlilər ədliyyəyə aparılıb. 9 şübhəli çıxarıldığı məhkəmə tərəfindən hüquqi nəzarət qərarı ilə sərbəst buraxılıb.