AktualAktualArxivIslamXəbər lentiXəbərlər

Türkiyədə İslam aləminin şair və yazıçısı vəfat etdi

Qüds və müsəlmanların ilk qibləsinin vəsfində çoxlu şerlər yazmış tanınmış türkiyəli mütəfəkkir, şair və yazıçı Nuri Pakdil vəfat edib.

Qafqaz Həqiqətləri – Redaksiyamızın Türkiyə medialarına istinadən verdiyi xəbərə görə, tanınmış türkiyəli mütəfəkkir, şair və yazıçı Nuri Pakdil bazar günü 85 yaşında Ankara şəhərinin xəstəxanasında vəfat edib.

Türkiyənin müasir şairlərindən olan Nuri Pakdil bu ölkənin mütəfəkkir toplumunda və ədəbiyyatında “Qüds şairi” kimi tanınmışdı. Şair Qüds və İslam dünyasının məsələləri barədə çoxlu şerlər söyləmişdir.

  1. Pakdil İstanbul Universitetinin hüquq fakültəsini bitimişdi və özünün ilk əsərlərini şer və məqalə şəkilində Qəhrəman Mərəş və Demokratiyaya xidmət qəzetlərində nəşr etmişdi. O, məktəb dövrlərində Həmlə adında jurnal çap etmiş və öz incəsənət səhifələrini İstanbulun həftəlik qəzetlərinin (1964) birində nəşr etmişdir.
  2. Pakdil 1969-cu ilin fevral ayında Ədəbiyyat jurnalı və 1972-ci ildə Ədəbiyyat Jurnalları Nəşriyyatını təsis etmişdir. 1972-1984-cü illərdə Ədəbiyyat Jurnalları nəşriyyatı 18-i Nuri Pakdil imzası daşıyan 45 əsər çap etdi.

O, 1997-ci il 28 fevralda Ədəbiyyat Jurnalları Nəşriyyatından yenidən kitab çap etdi, 5 kitabı təzədən çap edildi və 12 kitabı ilk dəfə olaraq çap olundu.

Böyük mütəfəkkir 2014-cü ilin noyabr ayında ilk dəfə Nəcib Fazil Qısakürək mükafatını almışdır. Pakdil həmin il yaydığı bəyanatda bildirdi: “Mən mühafizəkar inqilabçı deyiləm, mən dinin tərəfdarı və azadlıqsevərəm.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button