ArxivXəbər lentiXəbərlər
Türkiyədə işsizlik son 7 ildə ən yüksək həddədir

Türkiyə Statistika Komitəsinin (TÜİK) verdiyi acıqlamaya görə, 2016-cı ilin noyabrında işsizlik səviyyəsi 12,1 faiz təşkil edib və 2015-ci ilin noyabr ayı ilə nisbətdə işsizlərin sayı 590 min artıb.
İşsizlərin ümumi sayı 3 milyon 715 min nəfərə çatıb.
2016-cı ilin noyabr ayında qeyd edilən 12,1 faiz işsizlik səviyyəsi 2010-cu ilin mart ayından sonra qeyd alınan ən yüksək rəqəmdir.
15-24 yaş arasında olan işsizlərin sayı 3,5 faiz artaraq 22,6 faizə çatıb.
Oktyabr ayında isə işsizlik 11,8 faiz qeyd olunub.
TUİK-in verdiyi məlumata əsasən Türkiyənin iqtisadiyyatında işçilər sektorlar arasında belə bölünüb:
Kənd təssərüfatı: 18,7 faiz
Sənaye: 19,6 faiz
İnşaat: 7,4 faiz
Xidmət: 54,2 faiz