Türkiyənin Şırnak vilayətinin Cizrə mahalında bu gün saat 19:00-dan etibarən küçəyə çıxmaq qadağan edilib.
Axar.az xəbər verir ki, Şırnak vilayət rəhbərliyindən verilən məlumata görə, ikinci əmr çıxanadək qərar qüvvədə qalacaq:
“Vilayətimiz PKK təşkilatının üzvlərinin tutulması, xalqımızın can və mal təhlükəsizliyinin təmin edilməsi üçün 5442 saylı Vilayət İdarəsi Qanununun 11 / C maddəsini rəhbər tutaraq 13 sentyabr 2015-ci il saat 19: 00-dan ikinci bir əmrə qədər küçəyə çıxma qadağasını elan edilib”.
Xatırladaq ki, sözügedən qadağa sentyabrın 4-də də tətbiq olunmuşdu.