Türkiyədə kürdlər yeni partiya yaratdılar
Xalqların Demokratik Partiyası (HDP) adlanacaq yeni siyasi qurumun rəhbəri də kürdlərin Türkiyə Böyük Millət Məclisindəki təmsilçiləri olan Sülh və Demokratiya Partiyasından (BDP) istefa verib, HDP-yə keçən qadın siyasətçi Səbahat Tuncəl seçilib. Qeyd edək ki, bir müddət öncə BDP-nin parlament qrupunun üzvləri Sırrı Süreyya Öndər, Səbahat Tuncəl və Ərtoğrul Kürkçü, həmçinin, İstanbuldan müstəqil deputat seçilən Ləvənt Tüzəl istefa vermişdi. Hər üç siyasətçi dünən keçirilən qurultayda HDP-yə üzv olublar. Onu da bildirək ki, yeni partiyanın sədri S.Tuncəl 2007-ci ildə PKK terror təşkilatının toplantılarında iştirak etmək, həmçinin, bu təşkilatın fəaliyyətinə dəstək vermək ittihamı ilə həbs edilmişdi. O, deputat seçildikdən sonra azadlığa buraxılmışdı.
Lent.az