ArxivXəbər lentiXəbərlər
Türkiyədə məhərrəmlik(Foto)

Türkiyədə Məhərrəm ayının gəlişi ilə əzadarlıq mərasimləri keçirilir.
İslamazeri.az Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Məhərrəm əzadarlığı Türkiyənin İstanbul, Ankara, Çorum, İğdır, İzmir və Bursa şəhərlərində çoxlu sayda Əhli-Beyt (ə) aşiqlərinin iştirakı ilə keçirilir. Hər axşam məscidlərdə Şam namazı qılındıqdan sonra əza mərasimləri başlayır. Mərasimlərdə mərsiyələr, nohələr deyilir, Kərbəla qiyamının fəlsəfəsindən və İmam Hüseynin (ə) həyatı və şəxsiyyəti barədə danışılır və dualar oxunur.
İstanbulun Halkalı qəsəbəsində yerləşən Zeynəbiyyədə məscidində də gündəlik mərasimlər keçirilir. Mərasimdə Türkiyə Cəfərilərinin lideri Səlahəddin Özgündüz geniş moizə ilə çıxış edir. Daha sonra Azərbaycandan təşrif buyurmuş Əhlibeyt məddahı Seyid Taleh Borodigahının mərsiyələri ilə davam edir.