ArxivXəbər lentiXəbərlər

Türkiyədə növbəti terror: ÖLƏN VƏ YARALANAN VAR – YENİLƏNİB- FOTO

14.06 – İstiqlal prospekti Balo küçəsində baş verən terror hücumunda 4 nəfərin öldüyü, 3-ü ağır 20 nəfərin yaralandığı bildirilir. Terrorçunun əsas hədəfinin hansı olduğu araşdırılır. Onun yolda gedərkən bombanın partladığı bildirilir.

 CNNTÜRK müxbirinin verdiyi ilkin məlumatlara görə, canlı bombanın əsl məqsədinə çatmamış, yolda bombanın partladığı bildirilir.

 ***

 FaktXəbər-in Türkiyə mediasına istinadən verdiyi məlumata görə, İstanbulun turist mərkəzlərindən olan İstiqlal prospektində partlayış baş verib.

 “CNN Türk” hadisənin kamikadze-terrorçunun hücumu səbəbindən baş verdiyini, iki nəfərin öldüyünü, ən azı 6-7 nəfər yaralandığını bildirib. Hətta partlayış yerindəki cəsədlərdən birinin kamikadze-terrorçuya aid olduğunu bildirir.

 Partlayış ticarət mərkəzlərindən birinin qarşısında baş verib.

 İlkin məlumatlarda 2 nəfərin öldüyü, 7 nəfərin isə yaralandığı qeyd edilir.

 Hadisədən sonra prospekt polis tərəfindən nəzarətə götürülüb, gediş-gəliş dayandırılıb.

 Qeyd edək ki, Taksim meydanı yaxınlığında yerləşən məşhur İstiqlal caddəsi ticarət mərkəzləri, mağazalar və əyləncə məkanlarının olduğu, insanların piyada çox sıx hərəkət etdiyi yerdir. İstanbula gələn turistlər ən çox bu ərazidə olur.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button