ArxivXəbər lentiXəbərlər

Taleh Bağırzadənin müavininə amansız işgəncələr verilib

Elçin Qasımovun səhhətində ciddi problemlər yaranıb

Müsəlman Birliyi Hərəkatının sədr müavini Elçin Qasımov həbs olunarkən amansız işgəncələrə məruz qalıb. Bu barədə “Azadlıq”a Elçin Qasımovun vəkili Elçin Qəmbərov məlumat verib.

“Müsəlman Birliyi Hərəkatından ilk olaraq Elçin Qasımov həbs edilib. Onun həbsindən sonra Nardaran hadisələri baş verdi və Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadə ilə digərləri həbs olundu. Elçin Qasımov həbs olunarkən ilk günlər Sabunçu Rayon Polis Idarəsində saxlanılıb. Idarədə o amansız işcəncələrə məruz qalıb. Onun üzərində ən müxtəlif işgəncə metodlarını sınaqdan keçiriblər. Hazırda Elçin Qasımovun səhhətində ciddi problem var. Onun daxili orqanları demək olar ki, sıradan çıxıb. Elçin Qasımovdan Kürdəxanı təcridxanasında da əl çəkməyiblər. Onu karsa salıblar və s.”

Elçin Qəmbərov bildirib ki, Elçin Qaçımova bir neçə maddə ilə ittiham irəli sürülüb: “Bu ittihamların içində kütləvi iğtişaşlar törətmək, qanunsuz silah saxlama da var. Elçin Qasımov bütün ittihamları rədd edib. Lakin atasına görə bir ittihamı qəbul etmək məcburiyyətində qalıb. Belə ki, onun evindən silah çıxarıblar və bildiriblər ki, əgər ittihamı qəbul etməsə, atası da həbs olunacaq. Elçin Qasımov da atasına görə bu ittihamı qəbul edib”.

Vəkilin sözlərinə görə, bu gün Nəsimi Rayon Məhkəməsində Elçin Qasımovun həbs müddətinin uzadılmasına baxılacaq.

Elçin Qəmbərov əlavə edib ki, Elçin Qasımov beynəlxalq təşkilatlar tərəfindən vicdan məhbusu kimi tanınıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button